Volkan Demirelin yeni klubu məlum olub
Türkiyəli mütəxəssis Volkan Demirelin yeni iş yeri bəlli olub.
Liderxeber.az xəbər verir ki, keçmiş qapıçı yenidən Superliqa təmsilçisi "Gənclərbirliyi"ni çalışdıracaq.
Bunu klub prezidenti Arda Çakmak "Ajansspor"a açıqlamasında deyib. O bildirib ki, Demirelle razılaşıblar və o, müqavilə bağlamaq üçün Ankaraya yollanıb.
Qeyd edək ki, Volkan Demirel ötən ilin oktyabrında "Gənclərbirliyi"nin baş məşqçisi təyin edilib və 2 ay sonra istefa verib. O, bu gün istefası açıqlanan Levent Şahini əvəzləyəcək. Maraqlıdır ki, LŞahin də təyinatından cəmi 18 gün sonra istefaya göndərilib.
Oxşar Xəbərlər:
06 fev 2023, 15:28
28 fev 2026, 09:38
31 mar 2025, 09:10
03 may 2024, 12:30
