Pressa.az » İdman » Messi "Barselona"ya qayıdır? – Klub prezidentindən açıqlama

Messi "Barselona"ya qayıdır? – Klub prezidentindən açıqlama

17 mart 2026, Çərşənbə axşamı, 12:45
Messi "Barselona"ya qayıdır? – Klub prezidentindən açıqlama

"Barselona"nın prezidenti Xuan Laporta argentinalı futbol ulduzu Lionel Messinin Kataloniya klubuna mümkün qayıdışından danışıb.

Liderxeber.az xəbər verir ki, klub rəhbəri TV3-ə müsahibəsində sözügedən məsələyə toxunub.

"Leo həmişə özünün istədiyi şəkildə "Barselona" ilə bağlı olacaq. Əgər o, "Barselona"nın güclənməsinə və əzəmətinin artmasına kömək etmək qərarına gələrsə, klubun qapıları onun üzünə açıqdır", - deyə Laporta bildirib.

Qeyd edək ki, dünən Laporta yenidən "Barselona"nın prezidenti vəzifəsinə seçilib. O, 2031-ci ilə qədər Kataloniya təmsilçisinə rəhbərlik edəcək.

Xatırladaq ki, Messi 2021-ci ildə "Barselona"nı tərk edib. Ulduz futbolçu hazırda ABŞ-nin "İnter Mayami" klubunun şərəfini qoruyur.