Pressa.az » İdman » Çempionlar Liqasında həlledici gecə: "Liverpul" və "Qalatasaray" üz-üzə gəlirlər

Çempionlar Liqasında həlledici gecə: "Liverpul" və "Qalatasaray" üz-üzə gəlirlər

18 mart 2026, Çərşənbə, 09:26
Çempionlar Liqasında həlledici gecə: "Liverpul" və "Qalatasaray" üz-üzə gəlirlər

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində günün ən maraqlı oyunlarından biri İngiltərədə baş tutacaq.

Liderxeber.az xəbər verir ki, "Liverpul" İngiltərədə Türkiyənin "Qalatasaray" klubu ilə üz-üzə gələcək.

"Enfild" stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi

19 mart

00:00. "Liverpul" - "Qalatasaray"

Qeyd edək ki, bu cütlüyün ilk oyununda "Qalatasaray" 1:0 hesabı ilə qələbə qazanıb.