Pressa.az » İdman » Qurban Qurbanovun əsas komandadan qovduğu futbolçunu AFFA cəzalandırdı

Qurban Qurbanovun əsas komandadan qovduğu futbolçunu AFFA cəzalandırdı

01 aprel 2026, Çərşənbə, 15:17
Qurban Qurbanovun əsas komandadan qovduğu futbolçunu AFFA cəzalandırdı

“Qarabağ”ın müdafiəçisi Sami Mmae cəzalandırılıb.

Liderxeber.az xəbər verir ki, belçikalı futbolçu Əvəzedicilər liqasındakı davranışına görə buna məruz qalıb.

O, 21-ci turda “Sabah-2” ilə görüşün 43-cü dəqiqəsində hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə alaraq meydandan qovulub.

Buna görə, Mmae 1 oyunluq cəzalandırılıb “Qarabağ-2” 250 manat cərimələnib.

Qeyd edək ki, Sami Mmae intizam qaydalarını pozduğu üçün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov onu əsas heyətdən qovub.