Pressa.az » İdman » “Sabah”, yoxsa “Qarabağ”? - Finalçı bəlli olur

“Sabah”, yoxsa “Qarabağ”? - Finalçı bəlli olur

22 aprel 2026, Çərşənbə, 09:59
“Sabah”, yoxsa “Qarabağ”? - Finalçı bəlli olur

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulacaq. 

Liderxeber.az xəbər verir ki, son gündə ikinci finalçı bəlli olacaq.

“Sabah” doğma meydanda “Qarabağ”la qarşılaşacaq. Tərəflər arasındakı ilk oyunda qalib müəyyənləşməyib.

Xatırladaq ki, daha öncə “Zirə” “Turan Tovuz”la matçdan qalib ayrılaraq (2:0, 0:0) finala yüksəlib. 

Azərbaycan Kuboku Yarımfinalın cavab oyunu

22 aprel “Sabah” – “Qarabağ”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Kamal Umudlu.

“Bank Respublika Arena”, 20:00. İlk oyun – 2:2.