Millimiz Avropa çempionu oldu
Azərbaycan yunan-Roma güləşi üzrə millisi komanda hesabında Avropa çempionu olub.
Liderxeber.az xəbər verir ki, yığmamız Albaniyanın paytaxtı Tiranada keçirilən turnirdə 2 qızıl və 3 bürünc medal qazanmaqla buna nail olub.
Ümumilikdə 133 xal toplayan güləşçilərimiz birinci pilləyə sahib çıxıb.
İkinci yeri Türkiyə, üçüncü yeri isə Gürcüstan tutub.
Millinin heyətində Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) bürünc medal qazanıblar.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
30 iyun 2025, Bazar ertəsi
İtaliyada güləş üzrə Avropa çempionu olan Azərbaycan millisi Vətənə qayıdıb
30 oktyabr 2024, Çərşənbə
Azərbaycanın üç yunan-Roma güləşçisi dünya çempionatında qızıl medal qazanıb
