“Qalatasaray” “Tottenhem”in iki futbolçusunu transfer edib
Türkiyənin “Qalatasaray” klubu İngiltərə “Tottenhem”inin iki futbolçusunu transfer edib.
LiderXəbər yerli mətbuata istinadən xəbər verir ki, müdafiəçi Davinson Sançes və yarımmüdafiəçi Tanqi Ndombele karyeralarını “Cim-Bom”un heyətində davam etdirəcəklər.
İstanbul nəhəngi oyunçuların həm özləri, həm də klubları ilə hərtərəfli razılığa gəlib. Hətta bununla bağlı Türkiyə Futbol Federasiyasına da sənəd təqdim olunub. Sançes və Ndombele bu gecə İstanbula gələrək, yeni komandaları ilə münasibətləri rəsmiləşdirəcəklər.
Kolumbiyalı Sançeslə müqavilənin müddəti 3+1 illik nəzərdə tutulub. Fransalı Ndombelenin sözləşməsinin detalları barədə isə açıqlama verilməyib.
Oxşar Xəbərlər:
06 aprel 2023, Cümə axşamı
İranla Səudiyyə Ərəbistanı səfirlik və konsulluqların açılması barədə razılığa gəlib
02 fevral 2023, Cümə axşamı
Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər