“Qarabağ” ilk transferini etdi - Klubu təsdiqlədi
Kiprin “Omoniya” klubunun futbolçusu Jali Muaddibin “Qarabağ”a keçidi təsdiqlənib.
Liderxeber.az xəbər verir ki, bu barədə klubun baş meneceri Giorqos İrakleus açıqlama verib.
İrakleus 25 yaşlı fransalı vingerin Azərbaycan təmsilçisi ilə müqavilə razılaşdığını deyib: “Qarabağ”la futbolçumuz arasında razılaşma olub. Ancaq deməliyəm ki, futbolçu aylar əvvəl bizə “Qarabağ”ın ona maraq göstərdiyini bildirmişdi. Hətta vurğulamışdı ki, komandanın liqada qalması uğrunda sona qədər mübarizə aparacaq”.
Qeyd edək ki, Jali Muaddibin “Omoniya” ilə sözləşməsi mövsümün sonuna qədər olduğundan, oyunçu yayda “Qarabağ”a azad agent kimi keçəcək.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

