Pressa.az » İdman » Avropa çempionatı: Azərbaycan millisi bu gün Qazaxıstanla qarşılaşacaq

Avropa çempionatı: Azərbaycan millisi bu gün Qazaxıstanla qarşılaşacaq

01 iyun 2026, Bazar ertəsi, 09:30
Avropa çempionatı: Azərbaycan millisi bu gün Qazaxıstanla qarşılaşacaq

Minifutbol üzrə Azərbaycan millisi bu axşam Slovakiyada keçirilən Avropa çempionatında növbəti oyununa çıxacaq.

Liderxeber.az xəbər verir ki, kollektivimiz 1/8 finalda Qazaxıstan ilə üz-üzə gələcək.

Matç "Tipos Arena"da, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Bu gün həmçinin 1/8 finalda Rumıniya - Avstriya, Yunanıstan - Serbiya, Çexiya - Monteneqro görüşləri baş tutacaq.

Azərbaycan - Qazaxıstan cütünün qalibi 1/4 finalda Çexiya - Monteneqro duelinin güclüsü ilə münasibətlərə aydınlıq gətirəcək.

Avropa çempionatı iyunun 4-də başa çatacaq. Azərbaycan millisi daha əvvəl Avstriya (1:0), İtaliya (3:2) və Fransanı (3:2) məğlub edərək F qrupunun lideri olub.