Mançester Yunayted” “Sabah”la oyun üçün iştirak ərizəsini açıqladı
“Sabah”ın rəqiblərindən olan “Mançester Yunayted”in UEFA Çempionlar Liqasının Liqa mərhələsi üçün iştirak ərizəsi müəyyənləşib.
Liderxeber.az bu barədə klubun saytına istinadən xəbər verir.
İngiltərə təmsilçisinin siyahısında aşağıdakı futbolçular yer alıb:
Qapıçılar: Senne Lammens, Karl Darlou, Tom Hiton, Dermot Mi;
Müdafiəçilər: Dioqo Dalot, Nüsseyr Mazraui, Matteys de Liqt, Harri Maquayr, Lisandro Martines, Patrik Dorqu, Luk Şou;
Yarımmüdafiəçilər: Meyson Maunt, Bruno Fernandes, Andrey Santos, Yuri Tilemans, Karlos Baleba, Manuel Uqarte, Eyden Heaven;
Hücumçular: Markus Raşford, Mateus Kunya, Coşua Zirkze, Amad Diallo, Brayan Mbeumo, Taynan Tompson, Benjamin Şeşko.
“Mançester Yunayted” Liqa mərhələsinin ilk turunda sentyabrın 10-da öz meydanında Azərbaycan çempionu “Sabah”la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
