Günün hansı saatında idmanla məşğul olaq?
Sağlam arıqlamağın ən düzgün yollarından biri idmanla məşğul olmaqdır. Bəzi insanlar səhər, digərləri isə axşam saatlarında idmanla məşğul olur. Bəs günün hansı saatında idmanla məşğul olmaq daha düzgündür?
Liderxeber.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, aparılan araşdırmalar zamanı məlum olub ki, səhər yeməyi yemədən idmanla məşğul olmaq və ya qaçmaq arıqlamağı sürətləndirir. Belə ki, səhər ac qarnına idman etmək bədəndə olan yağların gün ərzində parçalanması prosesini daha da sürətləndirir. Araşdırmalar zamanı insanlar iki qrupa bölünərək, idmanla məşğul olub. İlk qrup ac qarnına qaçıb. Digər qrup isə qaçmazdan 1 saat qabaq 400 kalorilik yulaf əzməsi yeyib. Nəticələrə görə, ac qarnına qaçanlar həm qaçarkən, həm də idmandan sonra daha çox yağ yandırıblar.
Araşdırmaların nəticəsinə əsasən alimlər bildiriblər ki, ac qarnına idmanla məşğul olmaq bədəninizin yağlardan azad olmasına, eləcə də daha çox enerji sərf etməyinizə şərait yaradır.
