“Qarabağ” futbolçusu ilə bağlı qərar verdi
“Qarabağ” legioneri Marko Yankoviçlə müqaviləni yeniləyib.
LiderXəbər xəbər verir ki, Ağdam təmsilçisi ilə 28 yaşlı yarımmüdafiəçi arasında anlaşma iki il müddətinə uzadılıb.
Monteneqrolu futbolçunun yeni müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 2022-ci ilin yayından “Qarabağ”da çıxış edən Yankoviç keçirdiyi 53 oyunda 3 qol vurub.