Pressa.az » İdman » Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində irəlilədi

14 oktyabr 2026, Çərşənbə, 09:22
Azərbaycan UEFA reytinqində irəlilədi

“Sabah”ın Çempionlar Liqasının 2-ci turunda Praqa “Slaviya”sına 2:0 hesabı ilə qalib gəlməsi Azərbaycanın UEFA reytinqində irəliləməsinə səbəb olub.

Liderxeber.az xəbər verir ki, bu qələbə ölkəmizin aktivinə 0,500 xal əlavə edib. 

Nəticədə Azərbaycan son 5 mövsümün nəticələrinə əsasən hesablanan UEFA ölkələr reytinqində İsraili geridə qoyaraq 24-cü pilləyə yüksəlib. Hazırda ölkəmizin 24,187 xal var. 

Azərbaycan klubları cari mövsümdə ümumilikdə 5,625 xal toplayıblar. Klubların UEFA reytinqində də “Sabah” irəliləyib. Bakı təmsilçisi bu mövsüm qazandığı 8 xal sayəsində ümumi xalını 14-ə çatdırıb və 147-ci pillədən 130-cu yerə yüksəlib.

“Qarabağ” isə 36,250 xalla 59-cu sırada qərarlaşıb.