Pressa.az » İdman » “Qarabağ” dünya reytinqində gerilədi

“Qarabağ” dünya reytinqində gerilədi

11 dekabr 2025, Cümə axşamı, 12:02
“Qarabağ” dünya reytinqində gerilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Liderxeber.az xəbər verir ki, “Qarabağ” hazırda 68-ci pillədədir.

Buna səbəb isə onun 3 sıra geriləməsidir. Ölkə çempionunun aktivində 187.5 xal var.

“Sabah” 276-cı pillədən 252-ciyə qədər irəliləyib.

“Zirə” isə aktivində 70.5 xalla 360-cıdır. “Qartallar” ötən siyahı ilə müqayisədə 27 pillə irəliləyib.

Dünya reytinqinə 585 xala malik PSJ rəhbərlik edir.