Pressa.az » İdman » "Qalatasaray" Old Traffordda tarix yazdı

"Qalatasaray" Old Traffordda tarix yazdı

04 oktyabr 2023, Çərşənbə, 09:15
"Qalatasaray" Old Traffordda tarix yazdı

Bu gün Çempionlar Liqasının qrup mərhələsində 2-ci tura start verilib.

LiderXəbər xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 matç oynanıllb. Türkiyə "Qalatasaray"ı səfərdə İngiltərədə "Mançester Yunayted"i ilə üz-üzə gəlib və 3:2 hesablı əzmkar qələbə qazanıb. Bu qələbə sayəsində İstanbul təmsilçisi 4 xalla turnir cədvəlində 2-ci pilləyə yüksəlib.

Çempionlar Liqası, qrup mərhələsi, 2-ci tur

A qrupu

23:00. "Mançester Yunayted" (İngiltərə) - "Qalatasaray" (Türkiyə) - 2:3

Qollar: Hoylund, 17 (1:0), Zaha, 23 (1:1), Hoylund, 67 (2:1), Aktürkoğlu, 71 (2:2), İkardi, 81 (2:3)

Qırmızı vərəqə: Kasemiro, 77 ("Mançester Yunayted)

Reallaşdırılmayan penalti: İkardi, 78 ("Qalatasaray")