Mbappe "Bavariya" ilə oyunu buraxacaq

PSJ-nin zədəli futbolçusu Kilian Mbappenin durumu məlum olub.
Pressa klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün tibbi müayinədən keçən hücumçunun bisebs əzələsində problem aşkarlanıb. Onun təxminən 3 həftə meydana çıxa bilməyəcəyi açıqlanıb.
Bu isə o deməkdir ki, Mbappe fevralın 14-də Çempionlar Liqasının 1/8 finalında "Bavariya" ilə keçiriləcək görüşü buraxacaq.
Digər zədəli futbolçu Serxio Ramosun da bu gün müayinədən keçəcəyi bildirilib.
Oxşar Xəbərlər:

06 fevral 2023, Bazar ertəsi
Türkiyənin zəlzələ bölgəsində dərslər iki həftə dayandırılıb, hava limanları bağlanıb - YENİLƏNİB