Pressa.az » İdman » Dünya çempionatı: Millimiz pley-offa vəsiqə qazanıb

Dünya çempionatı: Millimiz pley-offa vəsiqə qazanıb

30 oktyabr 2023, Bazar ertəsi, 10:27
Dünya çempionatı: Millimiz pley-offa vəsiqə qazanıb

Dünən minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında 2-ci oyununu keçirib.

LiderXəbər xəbər verir ki, Elşad Quliyevin komandası Misir yığmasını məğlub edib.

Oyun Azərbaycan futbolçularının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbədən sonra millimiz vahid lider olub və pley-offa vəsiqəni təmin edib.

Qrupun digər matçında qalib müəyyənləşməyib. Küveyt və İraq hərəyə 5 dəfə fərqləniblər.

Xatırladaq ki, millimiz ilk matçda İraqı 2:0 hesabı ilə məğlub edib. Qrupda son rəqib oktyabrın 31-də Küveyt olacaq.

Dünya çempionatı
G qrupu
II tur

Azərbaycan – Misir - 4:1

Qollar: Rəvan Kərimov, 8; 42. Seymur Məmmədov, 38. Təmkin Xəlilzadə, 45 - Hassan Mohamed, 2

Küveyt - İraq - 5:5

1

Azərbaycan

2

2

0

0

6-1

6

2

Misir

2

1

0

1

3-4

3

3

İraq

2

0

1

1

5-7

1

4

Küveyt

2

0

1

1

5-7

1