Azərbaycan millisi Millətlər Liqasında son oyununa çıxır
Qadın futbolçulardan ibarət Azərbaycan millisi Millətlər Liqasında sonuncu oyununa çıxacaq. LiderXəbər xəbər verir ki, Siyasət Əsgərovun yetirmələri bu gün Farer adaları ilə qarşılaşacaq.
Komandamız rəqibi ilə “Dalğa Arena”da üz-üzə gələcək. Saat 19:00-da başlayacaq matç millimiz üçün formal xarakter daşıyır. Çünki qadınlarımız son tur öncəsi aktivindəki 13 xalla qrup birinciliyini və B Liqasına vəsiqəni təmin edib.
C Liqasının III qrupunda hazırda Monteneqro 9 xalla ikinci, Kipr 7 xalla üçüncü, aktivində xal olmayan Farer adaları isə sonuncudu.
Oxşar Xəbərlər:
25 may 2023, Cümə axşamı
Konfrans Liqası: "Neftçi" və "Sabah"ın daha iki potensial rəqibi bəlli olub
17 oktyabr 2023, Çərşənbə axşamı
Prezident Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb