Pressa.az » İdman » Türkiyədə döyülən futbol hakimi meydanlara qayıdır

Türkiyədə döyülən futbol hakimi meydanlara qayıdır

12 yanvar 2024, Cümə, 14:44
Türkiyədə döyülən futbol hakimi meydanlara qayıdır

Türkiyə Super Liqasının 15-ci həftəsində baş tutan "Ankaragücü" - "Rizespor" (1:1) matçından sonra paytaxt klubunun prezidenti Faruk Koca tərəfindən hücuma məruz qalan türkiyəli hakim Halil Umut Meler meydanlara geri dönür.

LiderXəbər Türkiyə Futbol Federasiyasına istinadla xəbər verir ki, Meler Superliqanın 20-ci həftəsində keçiriləcək görüşə təyinat alıb.

O, 14 yanvar - bazar günü oynanacaq "İstanbulspor" - "Konyaspor" matçını idarə edəcək.

Qeyd edək ki, 37 yaşlı hakim yaşanan qalmaqaldan sonra karyerasını bitirəcəyini açıqlamışdı.