Pressa.az » İdman » Qurbanov tarixi qələbədən danışdı

Qurbanov tarixi qələbədən danışdı

16 fevral 2024, Cümə, 09:30
Qurbanov tarixi qələbədən danışdı

“Bəzən bu cür nəticələr alınır, bəzən alınmır. Lakin rəqibdə belə nəticələr daha çox alınır. Ola bilər ki, onlarda futbolçular ayrı-ayrılıqda keyfiyyət baxımından daha üstündür. Bu oyunda biz etdik, onlar edə bilmədilərsə, o demək deyil ki, biz rəqibi tam istədiyimiz kimi analiz etdik və biz Bakıda da bunu edə bilərik”.

LiderXəbər xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyada “Braqa”ya 4:2 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra mətbuat konfransında deyib.

Baş məşqçi bildirib ki, qalibiyyətin digər tərəfi - məğlubiyyəti də var, lakin ona görə bu cür oyunlar inam verir ki, daha çox çalışıb nəticə əldə edilsin:

“Mən bu cür oyunlardan sonra çox fikir bildirmək istəmirəm. Çox danışmaq istəmirəm, bu, nəyin hesabına oldu. Bizim bir tutduğumuz yol var. Rəqiblərə hörmətlə yanaşırıq və real baxırıq. Yəni bizdən üstündürlərsə, bunu qəbul edirik. Ona dəyər veririk. Amma bu o demək deyil ki, biz bacarıqsızıq. Bizim təcrübəmiz var, futbolçularımızda inam var. Çox işgüzardırlar. Futbolçular çox əziyyət çəkdildər. Əziyyət çəkənin də haqqını allah həmişə verib”.

Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında cavab görüşü fevralın 22-də Bakıda keçiriləcək.