Pressa.az » İdman » PSJ-də Mbappeni ingiltərəli futbolçu əvəzləyə bilər

PSJ-də Mbappeni ingiltərəli futbolçu əvəzləyə bilər

18 fevral 2024, Bazar günü, 14:05
PSJ-də Mbappeni ingiltərəli futbolçu əvəzləyə bilər
İngiltərə millisinin və "Mançester Yunayted" klubunun futbolçusu Markus Reşford karyerasını Fransada davam etdirə bilər.

LiderXəbər
xəbər verir ki, PSJ 26 yaşlı hücumçu ilə maraqlanır.

Paris təmsilçisinin idman direktoru Luis Kampos forvardı komandaya cəlb etmək niyyətindədir. O, artıq iki il əvvəl oyunçu ilə danışıqlar da aparıb.

Rəhbərlik Reşfordun yayda komandadan ayrılacağı gözlənilən Kilian Mbappeni əvəz etməyə qadir olduğunu düşünür.

Qeyd edək ki, "qırmızı şeytanlar"ın yetirməsi olan Markus Reşford cari mövsüm bütün turnirlərdə 29 matçda iştirak edib, 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar Xəbərlər: