Musa Qurbanlı İsveçdə klubunu dəyişə bilər
Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı İsveçdə komandasını dəyişə bilər. LiderXəbər xəbər verir ki, bu barədə adıçəkilən ölkə mətbuatı məlumat yayıb.
“Yurqorden”in forvardı İsveç Allsvenskasınının digər iştirakçısı “Göteborq”un maraq dairəsindədir. Adıçəkilən komanda hücum xəttini gücləndirmək niyyətindədir.
Bu baxımdan “Yurqorden”in gələcək planlarına daxil olmayan 21 yaşlı Qurbanlı onlar üçün çıxış yolu hesab edilir.
Qeyd edək ki, Musa Qurbanlının “Yurqorden”lə müqaviləsi 2026-cı ilin yayına qədərdi. İsveçdə yeni mövsüm martın sonlarında start götürəcək.
Oxşar Xəbərlər:
26 dekabr 2023, Çərşənbə axşamı
Peşə məktəbləri üçün dərsliklərin hazırlanması qaydası təsdiq edilib
17 oktyabr 2023, Çərşənbə axşamı
Prezident Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb