Pressa.az » İdman » Xanım şahmatçımızdan Avropa çempionatında maksimum nəticə

Xanım şahmatçımızdan Avropa çempionatında maksimum nəticə

23 aprel 2024, Çərşənbə axşamı, 10:29
Xanım şahmatçımızdan Avropa çempionatında maksimum nəticə

Yunanıstanın ev sahibliyi etdiyi qadın şahmatçılar arasında şəxsi Avropa çempionatında IV turun oyunları keçirilib. 

LiderXəbər xəbər verir ki, ilk 3 turda rəqibini məğlub edən Ülviyyə Fətəliyeva 4-cü qələbəsini qazanıb. Hesabat turunda Ü.Fətəliyeva Polşanı təmsil edən Martina Vikarı məğlub edib. Şahmatçılarımızdan Gövhər Beydullayeva, Gülnar Məmmədova və Səbinə Rzalı 4-cü turu qələbəylə başa vurub.

Avropa çempionatı

Ülviyyə Fətəliyeva – Martina Vikar (Polşa) – 1:0

Alisiya Sliviçka (Polşa) - Günay Məmmədzadə – 1:0

Gövhər Beydullayeva – Anastasiya Raxmanqulova (Ukrayna) – 1:0

Ellen Frederisiya Nilssen (Norveç) - Xanım Balacayeva – 0,5:0,5

Lilit Mkrtıçyan (Ermənistan) - Ayan Allahverdiyeva – 0,5:0,5

Səbinə İbrahimova – Ann Mathadze Bujiaşvili (İspaniya) - 0,5:0,5

Gülnar Məmmədova – Emiliya Dik-Sala (Avstriya) – 1:0

Səbina Rzalı – Miruna-Daria Lehaçi (Rumıniya) – 1:0

Ana İnes Teyşeyra da Silva (Portuqaliya) - Ləman Hacıyeva – 0,5:0,5

Şlomit Vardi (İsrail) - Nərmin Abdinova – 0,5:0,5

Qeyd edək ki, 4 turdan sonra iki şahmatçı maksimum xalla ilk pillələrdə qərarlaşıb. İtkisiz irəliləyən təmsilçimiz Ülviyyə Fətəliyeva və ispaniyalı Marta Qarsiya 1-2-ci yerləri bölüşür. Bu gün keçiriləcək 5-ci turda Ü.Fətəliyeva qara fiqurlarla Martin Qarsiyaya qarşı mübarizə aparacaq.