Pressa.az » İdman » Avstriya ilə 6-cı duel

Avstriya ilə 6-cı duel

16 oktyabr 2023, Bazar ertəsi, 11:19
Avstriya ilə 6-cı duel

AVRO-2024-ün bu gün keçiriləcək seçmə oyununda Avstriya ilə qarşılaşacaq Azərbaycan millisi bu rəqiblə 6-cı duelə çıxacaq.

LiderXəbər xəbər verir ki, komandalar indiyədək 5 dəfə görüşüb.

Millimiz Avstriya ilə əvvəlki qarşılaşmalarda qələbə qazana bilməyib. Tofiq Bəhramov adına Respublika stadionuna ilk arzusu ilə çıxacaq yığmamız yalnız bir heç-heçəyə nail olub.

Digər 4 qarşılaşmada Avstriya qələbə qazanıb. Top fərqi də rəqibin xeyrinədir. 2 qol vuran millimiz qapısından 13 top buraxıb.

Qeyd edək ki, əvvəlki görüşlərin hamısı seçmə mərhələlərdə baş tutub. Yığmalar iki dəfə dünya, üç dəfə Avropa çempionatına vəsiqə üçün mübarizə apardığı vaxt üz-üzə gəlib.

DÇ-2006-nın seçmə mərhələsi
8 sentyabr 2004. Vyana. Avstriya – Azərbaycan - 2:0
7 avqust 2005. Bakı. Azərbaycan – Avstriya - 0:0

AVRO-2012-nin seçmə mərhələsi
8 oktyabr 2010. Vyana. Avstriya - Azərbaycan - 3:0
7 oktyabr 2011. Bakı. Azərbaycan - Avstriya - 1:4

AVRO-2024-ün seçmə mərhələsi
4 mart 2023. AÇ. Linz. Avstriya - Azərbaycan - 4:1