Pressa.az » İdman » “Ronaldo Messinin səviyyəsində deyil”

“Ronaldo Messinin səviyyəsində deyil”

24 aprel 2024, Çərşənbə, 11:00
“Ronaldo Messinin səviyyəsində deyil”

İtaliyalı məşhur məşqçi Fabio Kapello Messi və Kriştiano Ronaldo haqda danışıb.

LiderXəbər xəbər verir ki, “Barselona”nın gənc futbolçusu Lamine Yamal haqqında da fikirlərini bildirən 77 yaşlı mütəxəssis, onun yaxşı oyunçu olduğunu, amma futbol dahisi ola bilməyəcəyini deyib:

“Lamine Yamal yaxşı oyunçudur. Amma dahi səviyyəsinə çata biləcəyini düşünmürəm. Futbolun dahiləri Pele, Maradona və Messidir. Kriştiano Ronaldo möhtəşəm futbolçudur. Çoxlu kuboklar və “Qızıl Top”lar qazanıb. Amma Messinin səviyyəsində deyil”.