Pressa.az » İdman » "Borussiya"sının yarımmüdafiəçisi qərarını verdi

"Borussiya"sının yarımmüdafiəçisi qərarını verdi

08 may 2024, Çərşənbə, 17:55
"Borussiya"sının yarımmüdafiəçisi qərarını verdi

Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Marko Roys gələcəyi ilə bağlı qərarını verib.

LiderXəbər xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Daha əvvəl Almaniya klubu 35 yaşlı futbolçunun mövsümün sonunda komandadan ayrılacağını açıqlamışdı. Həmçinin Roysun karyerasını bitirməsi ehtimalı da var idi.

Fabrizio Romanonun yaydığı məlumata görə, Marko Roys karyerasını davam etdirmək qərarına gəlib. O, qarşıdan gələn yay transfer pəncərəsində azad agent kimi MLS klublarından birinə keçməyi düşünür. Roysun artıq bu liqada çıxış edən komandalardan biri ilə danışıqlar apardığı iddia edilir. Lakin klubun adı, eləcə də potensial razılaşmanın təfərrüatları açıqlanmır.

Qeyd edək ki, 2012-ci ilin yayından “Borussiya”da çıxış ediən Marko Roys bu klubla 2 dəfə Almaniya kuboku, 2 dəfə isə Almaniya superkubokunu qazanıb. O komanda ilə ümumilikdə 424 rəsmi oyun keçirib, 168 qol vurub və 128 məhsuldar ötürmə verib.