Azərbaycanın stolüstü tennis millisi Qazaxıstana yollanıb
Azərbaycanın stolüstü tennis millisi Qazaxıstana yollanıb.
Federasiyadan verilən məlumata görə, təmsilçilərimiz Çimkənd şəhərində təşkil olunan təlim-məşq toplanışında iştirak edəcəklər.
Məşqçilər Fərhad İsmayılov və Ramin Cəfərovun rəhbərliyi ilə Vəzir Allahverdiyev, Nihat Məmmədov, Adil Əhmədzadə, Rüstəm Hacılı, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova və Aylin Əsgərova ustalıq səviyyəsini artırmaq üçün çalışacaqlar. Qazaxıstan millisi ilə bu gün başlayacaq birgə toplanış mayın 31-də yekunlaşacaq.
Qeyd edək ki, bu toplanış qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.
Oxşar Xəbərlər:
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
18 aprel 2024, Cümə axşamı
Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub göndərib
18 oktyabr 2023, Çərşənbə
Ali məktəblərə yüksək balla qəbul olan tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI