Pressa.az » İdman » Mehriban Əliyeva cüdoçu Zelim Kotsoyevi təbrik edib

Mehriban Əliyeva cüdoçu Zelim Kotsoyevi təbrik edib

24 may 2024, Cümə, 00:13
Mehriban Əliyeva cüdoçu Zelim Kotsoyevi təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva cüdoçu Zelim Kotsoyevi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında qızıl medal qazanması münasibətilə təbrik edib.

Birinci vitse-prezident rəsmi sosial şəbəkəsində paylaşım edib

"İdmançımız Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında Azərbaycana növbəti – 2-ci qızıl medalı qazandırdı! Dünya çempionunu səmimi-qəlbdən təbrik edir, ona güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!", - paylaşımda bildirilib.