Pressa.az » İdman » Azərbaycan Basketbol Liqasının qalibi olan "Sabah"a çempionluq kuboku təqdim olunub

Azərbaycan Basketbol Liqasının qalibi olan "Sabah"a çempionluq kuboku təqdim olunub

24 may 2024, Cümə, 22:12
Azərbaycan Basketbol Liqasının qalibi olan "Sabah"a çempionluq kuboku təqdim olunub

Azərbaycan Basketbol Liqasında final seriyasının dördüncü oyunu çərçivəsində keçirilən "Sabah" - "Xəzri" (74:69) görüşünün ardından qalib komanda, ikinci və üçüncü yerin sahibləri mükafatlandırılıb.

Liderxeber.az xəbər verir ki, 2023/2024 mövsümünün qalibi olan "Sabah" kollektivinə çempionluq kuboku və qızıl medalları Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev təqdim edib.

Qeyd edək ki, həlledici görüşdə məğlub olan "Xəzri" komandası gümüş medal qazanıb. Üçüncü yer uğrunda görüşdə "Xırdalan"ı üstələyən "NTD-İndiqo" kollektivi isə bürünc medalla təltif edilib.