Xavi "Barselona"dan təzminat istəyir
"Barselona"dan istefaya göndərilən baş məşqçi Xavi müqavilənin vaxtından əvvəl ləğv olunmasına görə klubdan təzminat istəyir.
Bu barədə "Mundo Deportivo" məlumat yayıb. 44 yaşlı mütəxəssis klubdan 2,5 milyon avro tələb edir. Çünki bu, onun özünün 2021-ci ildə "Barselona"ya rəhbərlik etmək üçün "Əl-Sədd"ə ödədiyi təzminat məbləğidir.
Xatırladaq ki, Xavinin Kataloniya təmsilçisi ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulmuşdu. Mayın 24-də klub Xavi ilə yolları ayırmaq barədə qərara gəldiklərini açıqlamışdı.
Oxşar Xəbərlər:
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO