Pressa.az » İdman » "Araz-Naxçıvan" növbəti transferini reallaşdırıb

"Araz-Naxçıvan" növbəti transferini reallaşdırıb

20 iyun 2024, Cümə axşamı, 17:55
"Araz-Naxçıvan" növbəti transferini reallaşdırıb

“Araz-Naxçıvan” klubu növbəti transferini reallaşdırıb.

Klubun mətbuat xidmətindən Liderxeber.az-a verilən məlumata görə, Turan Vəlizadə ilə müqavilə imzalanıb. Yarımmüdafiəçi qarşıdakı 1 il ərzində “qırmızı-ağlar”ın heyətində yer alacaq.

23 yaşlı futbolçu “Neftçi”, “Keşlə”, “Şamaxı” və “Turan Tovuz” komandalarının formasını geyinib. O, karyerası ərzində 19 və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin uğurları üçün də çalışıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Miço Kuzmanoviç, Vanderson Melo, Elçin Mustafayev, Ramin Nəsirli, Tərlan Əhmədli, Urfan Abbasov, Ömər Buludov və Ülvü İsgəndərovla da müqavilə bağlayıb.