Pressa.az » İdman » Azərbaycan millisinin böyük məşqçisi: Bayrağımızın Avropa çempionatında ən yüksək zirvədə dalğalanması bizi çox qürurlandırdı

Azərbaycan millisinin böyük məşqçisi: Bayrağımızın Avropa çempionatında ən yüksək zirvədə dalğalanması bizi çox qürurlandırdı

27 iyun 2024, Cümə axşamı, 16:26
Azərbaycan millisinin böyük məşqçisi: Bayrağımızın Avropa çempionatında ən yüksək zirvədə dalğalanması bizi çox qürurlandırdı

Azərbaycan bayrağının Avropa çempionatında ən yüksək zirvədə dalğalanması bizi çox qürurlandırdı.

Bunu Liderxeber.az-a açıqlamasında Azərbaycanın 17 yaşadək yunan-Roma güləşçilərindən ibarət millisinin böyük məşqçisi Taleh İsrafilov deyib.

Mütəxəssis Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatının qalibi olan yığmamızın çıxışı barədə danışıb:

"Güləşçilərimiz 26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü bizə ikiqat bayram yaşatdılar. Hər birinə ayrıca təşəkkür edirəm. Dörd güləşçimiz ermənistanlı idmançılara qalib gəldi. Bu görüşlərdən ikisi final qarşılaşmasına təsadüf etdi. Azərbaycan bayrağının ən yüksək zirvədə dalğalanması bizi çox qürurlandırdı. İstər şəxsi görüşlərdə, istərsə də komanda hesabında Ermənistanı qabaqladıq. Avropa çempionu olduğumuza görə sevincliyik. Yüksək səviyyədə təşkil olunan yarışda əziyyətimiz yerdə qalmadı".

Qeyd edək ki, yarışa qatılan millimizin 10 üzvündən 9-u medal (3 qızıl, 2 gümüş, 4 bürünc) qazanıb. Azərbaycan 183 xalla komanda hesabında Avropa çempionu olub. Yığmamız ikinci pillədə yer alan Ermənistanı 51 xal qabaqlayıb. Ukrayna 121 xalla üçüncü yeri tutub.