Dünya çempionatı: daha üç Azərbaycan güləşçisi mübarizəyə başlayır
Bu gün Azərbaycanın daha üç yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatında mübarizəyə başlayacaq.
LiderXəbər-in məlumatına görə, 60 kq-da Nihat Məmmədli, 72 kq-da Ülvü Qənizadə, 97 kq-da Arif Niftullayev xalça üzərinə çıxacaqlar.
60 kq
1/16 final
Nihat Məmmədli – Kevin De Armas (Kuba)
72 kq
1/8 final
Ülvü Qənizadə - Ankit Gulia (UWW)/Hovard Yorqensen (Norveç)
97 kq
1/16 final
Arif Niftullayev – Mindauqas Venkaytis (Litva)
Bu gün həmçinin üç yunan-Roma güləşçisi qızıl medal qazana bilər. Eldəniz Əzizli (55 kq) finalda Gürcüstan idmançısı Nuqzari Tsurtsumia, Rafiq Hüseynov (82 kq) İrandan olan Əlirza Mohmadipiani, Sənan Süleymanov (77 kq) isə qırğızıstanlı Akjol Mahmudov ilə üz-üzə gələcək.
Oxşar Xəbərlər:
25 may 2023, Cümə axşamı
Konfrans Liqası: "Neftçi" və "Sabah"ın daha iki potensial rəqibi bəlli olub
27 fevral 2023, Bazar ertəsi
Azərbaycan boksçuları Rumıniyada 7 qızıl, 3 gümüş və 8 bürünc medal qazanıb