Pressa.az » İdman » Çempionlar Liqası: "Qarabağ" "Linkoln"la cavab matçında üz-üzə

Çempionlar Liqası: "Qarabağ" "Linkoln"la cavab matçında üz-üzə

30 iyul 2024, Çərşənbə axşamı, 09:48
Çempionlar Liqası: "Qarabağ" "Linkoln"la cavab matçında üz-üzə

Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin görüşlərinə "Qarabağ" - "Linkoln" matçı ilə start veriləcək.

Liderxeber.az xəbər verir ki, səfərdə 2:0 hesabı ilə qalib gələn "köhlən atlar" doğma meydanda da azarkeşləri sevindirməyə çalışacaqlar.

Görüş Bakı vaxtı ilə saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Qeyd edək ki, görüşü Yakob Sundberqin başçılıq etdiyi danimarkalı hakimlər briqadası idarə edəcək.

30 İyul

"Qarabağ" - "Linkoln"

Saat 20:00, Tofiq Bəhramov adına Respublika stadionu.