Pressa.az » İdman » UEFA Konfrans Liqası: "Sumqayıt" Macarıstanda cavab oyununa çıxacaq

UEFA Konfrans Liqası: "Sumqayıt" Macarıstanda cavab oyununa çıxacaq

31 iyul 2024, Çərşənbə, 10:05
UEFA Konfrans Liqası: "Sumqayıt" Macarıstanda cavab oyununa çıxacaq

"Sumqayıt" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində növbəti oyununu bu gün keçirəcək.

Liderxeber.az xəbər verir ki, Samir Abasovun baş məşqçisi olduğu komanda cavab matçında Macarıstanda "Fehervar"ın qonağı olacaq.

"Mol Arena"dakı qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Görüşü isveçli hakim Kristoffer Karlsson idarə edəcək.

Qeyd edək ki, Sumqayıtdakı ilk oyunda "gənclik şəhəri" təmsilçisi 1:2 hesabı ilə məğlub olub.