Pressa.az » İdman » "Liverpul" "Arsenal"la görüşdə minimal hesablı qələbəyə sevinib

"Liverpul" "Arsenal"la görüşdə minimal hesablı qələbəyə sevinib

01 avqust 2024, Cümə axşamı, 10:47
"Liverpul" "Arsenal"la görüşdə minimal hesablı qələbəyə sevinib

ABŞ-nin Filadelfiya ştatının Pensilvaniya şəhərində İngiltərənin "Liverpul" və "Arsenal" futbol komandaları arasında yoldaşlıq görüşü keçirilib.

Liderxeber.az xəbər verir ki, matç "Linkoln Faynenşel Fild" stadionunda baş tutub.

Amerikalı hakimlər briqadasının idarə etdiyi oyunda hesab erkən açılıb: 13-cü dəqiqədə "qırmızılar"ın hücumçusu Məhəmməd Salah Harvi Elliotun ötürməsini qola çevirib -1:0. Bundan 21 dəqiqə sonra Arne Slotun yetirmələri ikinci dəfə "topçular"ı məyus ediblər - 2:0. 21 yaşlı Fabiu Karvalyo Elliotun ötürməsini qolla tamamlayıb. Bununla belə Mikel Artetanın komandası "qırmızılar"ın təzyiqini azaltmağa nail olaraq ilk hissənin sonunda bir qol vurmağı bacarıb. Kay Haverts fərqi azaldıb - 2:1.

İkinci hissədə komandalar çox çalışsalar da, hesab dəyişməyib.

Beləliklə, yoldaşlıq görüşü "Liverpul"un "Arsenal" üzərində minimal hesablı qələbəsi ilə başa çatıb - 2:1.

Xatırladaq ki, daha öncə Mersisayd təmsilçisi İspaniyanın "Real Betis"ini yenmişdi.

Qeyd edək ki, İngiltərə Premyer Liqası avqustun 16-da start götürəcək.