Pressa.az » İdman » Paris-2024: Azərbaycan boksçusu yarımfinala yüksəlib

Paris-2024: Azərbaycan boksçusu yarımfinala yüksəlib

01 avqust 2024, Cümə axşamı, 20:56
Paris-2024: Azərbaycan boksçusu yarımfinala yüksəlib

Azərbaycan boksçusu Alfonso Dominqes Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.

Liderxeber.az-ın yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 92 kq çəki dərəcəsində çıxış edən idmançı qazaxıstanlı Aybek Oralbayla üz-üzə gəlib.

Rəqibinə qalib gələn idmançımız yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, dəri əlcək ustası 1/8 finalda ikiqat olimpiya çempionu Xulio Sezar la Kruzu (Kuba) məğlub etmişdi.