Paris-2024: Azərbaycan idmançısı çəkicatma yarışlarında finala yüksəlib

Azərbaycanı Paris-2024-də çəkicatma yarışında təmsil edən Anna Skidan finala vəsiqə qazanıb.
Liderxeber.az xəbər verir ki, atletimiz təsnifat mərhələsində ilk iki cəhdində 69,58 və 69,04 metr nəticə ilə yadda qalıb.
Skidan 3-cü cəhdində daha uğurlu çıxış edərək 72,55 metr göstəriciyə nail olub.
Bu nəticə ilə Anna A və B qruplarının yekununda 32 atlet arasında 6-cı yeri tutub və final mərhələsinə adını yazdırıb.
Qeyd edək ki, qadınların çəkicatma yarışlarında qaliblər avqustun 6-da müəyyən olunacaq.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

20 iyun 2023, Çərşənbə axşamı
Qadınların çəkicatma yarışlarında mübarizə aparan Azərbaycan təmsilçisi günü uğurla başa vurub

30 iyul 2024, Çərşənbə axşamı
Paris-2024: Bu gün Azərbaycanın yeddi idmançısı və basketbol millisi mübarizə aparacaq

30 iyul 2024, Çərşənbə axşamı
Paris-2024-də günün yekunu: Azərbaycan olimpiadalarda 50-ci medalını Fransada qazanıb