Paris-2024: Yunan-Roma güləşçilərimiz mübarizəyə başlayacaq
Paris olimpiadasında bu gün daha iki idmançımız mübarizəyə qoşulacaq.
Liderxeber.az xəbər verir ki, bu gün start götürəcək yunan-Roma güləşi üzrə yarışlarda Sabah Şəriəti və Murad Məmmədov ilk görüşlərinə çıxacaq.
S.Şəriəti 130 kq çəki dərəcəsində estoniyalı Heyki Nabi ilə mübarizə aparacaq.
M.Məmmədov isə 60 kq çəki dərəcəsində Venesueladan olan Rayber Joze Rodrigez Oroskonu məğlub etməyə çalışacaq.
Hər iki güləşçi yarışa 1/8 final mərhələsindən başlayacaq.
Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.
Oxşar Xəbərlər:
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
30 iyul 2024, Çərşənbə axşamı
Paris-2024: Bu gün Azərbaycanın yeddi idmançısı və basketbol millisi mübarizə aparacaq