Pressa.az » İdman » Paris-2024: Həsrət Cəfərov final uğrunda azərbaycanəsilli idmançı ilə üz-üzə gələcək

Paris-2024: Həsrət Cəfərov final uğrunda azərbaycanəsilli idmançı ilə üz-üzə gələcək

07 avqust 2024, Çərşənbə, 17:15
Paris-2024: Həsrət Cəfərov final uğrunda azərbaycanəsilli idmançı ilə üz-üzə gələcək

Parisdə keçirilən Yay Olimpiya Oyunlarının səkkizdəbir mərhələsində Mohamed Elsayedidən (Misir) üstün olan Həsrət Cəfərov yarımfinalda Ukraynanı təmsil edən azərbaycanəsilli güləşçi Pərviz Nəsibovla üz-üzə gələcək.

Liderxeber.az xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan idmançımız 1/4 finalda moldovalı Valentin Petiçə qalib gəlib.

Onun yarımfinaldakı rəqibi isə azərbaycanəsilli güləşçi Pərviz Nəsibov olacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Liderxeber.az xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan idmançı 1/4 final mərhələsində moldovalı Valentin Petiçlə üz-üzə gəlib.

Görüş idmançımızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.