Pressa.az » İdman » Paris-2024: Bağlanış mərasimində Azərbaycan bayrağını daşıyacaq idmançılar müəyyənləşib

Paris-2024: Bağlanış mərasimində Azərbaycan bayrağını daşıyacaq idmançılar müəyyənləşib

11 avqust 2024, Bazar günü, 09:12
Paris-2024: Bağlanış mərasimində Azərbaycan bayrağını daşıyacaq idmançılar müəyyənləşib

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib.

Liderxeber.az xəbər verir ki, mərasimdə ölkəmizin bayrağını taekvondoçu Qaşım Maqomedov (58 kq) və bədii gimnastika üzrə qrup hərəkətləri komandasının üzvü Zeynəb Hümmətova daşıyacaq.

Qeyd edək ki, Q.Maqomedov Paris olimpiadasında gümüş medal qazanıb. Z.Hümmətovanın yer aldığı Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası isə 5-ci pilləni tutmaqla indiyəqədərki ən yüksək nəticəyə imza atıb. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.