Pressa.az » İdman » Almaniyada "Ən yaxşı snayper komandası" müsabiqəsində Türkiyə əsgərləri ilk iki yeri tutublar

Almaniyada "Ən yaxşı snayper komandası" müsabiqəsində Türkiyə əsgərləri ilk iki yeri tutublar

12 avqust 2024, Bazar ertəsi, 17:33
Almaniyada "Ən yaxşı snayper komandası" müsabiqəsində Türkiyə əsgərləri ilk iki yeri tutublar

5-11 avqust 2024-cü il tarixləri arasında Almaniyada keçirilən "Avropanın ən yaxşı snayper komandası" müsabiqəsində Türkiyənin Xüsusi Təyinatlı Qüvvələr və Quru Qoşunlarının şəxsi heyəti birinci və ikinci yeri qazanıb.

Almaniyanın Hohenfels şəhərində NATO-ya üzv olan 19 ölkədən 36 komanda Avropanın ən yaxşı snayper komandası olmaq üçün mübarizə aparıb. Almaniyanın ev sahibliyi etdiyi yarışda Türkiyədən iki komanda iştirak edib.

Hər il təşkil edilən və günlərlə davam edən müsabiqədə snayper bölmələri quruda naviqasiya, təkmil atıcılıq, tibbi simulyasiyalar və bir çox sahələrdə sınaqdan keçirilir. Müsabiqəni Türkiyə Quru Qoşunları komandası 1-ci, Türkiyə Xüsusi Təyinatlı Qüvvələri komandası isə 2-ci yerdə başa vurub.

Həmçinin sıralamada Finlandiya/ABŞ 3-cü yeri, Yunanıstan isə 4-cü yeri tutub.