Pressa.az » İdman » Olimpiya çempionu PSJ-nin səhmdarı oldu - Foto

Olimpiya çempionu PSJ-nin səhmdarı oldu - Foto

14 avqust 2024, Çərşənbə, 09:00
Olimpiya çempionu PSJ-nin səhmdarı oldu - Foto

ABŞ millisinin və “Finiks” komandasının məşhur basketbolçusu Kevin Durant Fransanın PSJ Futbol Klubunun səhmdarı olub.

Liderxeber.az xəbər verir ki, bu barədə “L'Equipe” məlumat yayıb.

Mətbuatın yazdığına görə, basketbolçu Fransa klubuna bir neçə milyon dollar sərmayə qoyub.

35 yaşlı idmançı Paris təmsilçisinin prezidenti Nasser Əl-Xelaifi ilə klubun təlim-məşq bazasına və təhsil mərkəzinə baş çəkib.

Qeyd edək ki, Kevin Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında ABŞ millisi ilə qızıl medal qazanıb. Belə ki, qızıl medal uğrunda keçirilən görüşdə ABŞ yığması Fransanı 98-87 hesabı ilə məğlub edib. İdmançı həmçinin 2012, 2016 və 2020-ci illərdə də Olimpiya qızılına sahib olub.