Pressa.az » İdman » Dünya onun sərrastlığını danışır

Dünya onun sərrastlığını danışır

03 sentyabr 2024, Çərşənbə axşamı, 07:44
Dünya onun sərrastlığını danışır

Hindistanlı oxçu Şital Devi “Paris 2024” Yay Paralimpiya Oyunlarındakı çıxışı ilə dünya gündəminə düşüb.

Liderxeber.az xarici mediaya istinadən xəbər verir ki, qarışıq mürəkkəb oxçuluq növündə çıxış edən Şital ölkəsinə bürünc medal qazandırıb.

Bürünc medal uğrunda yarışda italiyalı Elenora Sarti və Matteo Bonaki cütünə qarşı möhtəşəm nəticə göstərən Şital Hindistan tarixinə ən gənc paralimpiya medalçısı kimi düşüb.

O, həm də builki paralimpiya oyunlarında hər iki qolu olmayan yeganə oxçu olub.

Buna rəğmən 17 yaşlı Şital hədəfi tam dəqiqliklə nişan alıb.

Onun partnyoru 39 yaşlı Rakeş Kumar da Şitalın uğurlu nəticəsini davam etdirib. Bununla da cütlük ölkəsinin aktivinə bürünc medalı yazdıra bilib.