Pressa.az » İdman » Paris-2024: Raman Salei ikinci medalın bir addımlığında

Paris-2024: Raman Salei ikinci medalın bir addımlığında

04 sentyabr 2024, Çərşənbə, 11:56
Paris-2024: Raman Salei ikinci medalın bir addımlığında

Azərbaycanın paraüzgüçüsü Raman Salei Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında finala yüksəlib.

Liderxeber.az xəbər verir ki, S12 kateqoriyasında yarışan idmançı 100 metr məsafəyə sərbəst üsulla üzmədə bacarığını göstərib.

O, 54.21 saniyə ilə 15 idmançı arasında 4-cü yeri tutub. Beləliklə, təmsilçimiz həlledici raunda vəsiqə qazanıb.

Qeyd edək ki, Raman Salei 100 metr məsafəyə arxasıüstə üzmək yarışlarında gümüş medala sahib çıxıb.

Azərbaycan təmsilçisi Cahan Musayev Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında məğlub olub.

Liderxeber.az xəbər verir ki, parakamandan oxatmada mübarizə aparan idmançımız 1/16 final mərhələsində iranlı Məhəmməd Reza ilə üz-üzə gəlib.

Görüş rəqibin 6:4 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında bu gün beş idmançımız qızıl medal uğrunda mübarizəyə qatılacaq.

Liderxeber.az xəbər verir ki, öncə paraüzgüçümüz Raman Saley (S12 kateqoriyası) 100 metr məsafəyə sərbəst üsulla üzməkdə uğur qazanmağa çalışacaq.

Bu kateqoriyanın təsnifat mərhələsi Bakı vaxtı ilə saat 11:30-da, final yarışları isə 19:30-da keçiriləcək.

Paraatıcılarımız Aybəniz Babayeva və Kamran Zeynalov (hər ikisi P4 kateqoriyası) 50 metr məsafəyə atəş açmaqda bacarıqlarını yoxlayacaqlar. Bu yarışın təsnifat mərhələsi Bakı vaxtı ilə saat 11:30-da, final isə 14:15-də baş tutacaq.

Parapauerliftinqçimiz Ceyhun Mahmudov (54 kq) Bakı vaxtı ilə saat 20:35-dən etibarən mübarizəyə qoşulacaq.

Paraatletimiz Rüfət Rəfiyev isə (F36 kateqoriyası) nüvəitələmə yarışında çıxış edəcək. Bu kateqoriya üzrə yarış Bakı vaxtı ilə saat 21:08-də başlayacaq.

Parakamandan oxatma yarışında isə Cahan Musayev bacarığını göstərəcək. O, 1/16 finalda iranlı Məhəmmədrza Əmiri ilə qarşılaşacaq.

Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunları sentyabrın 8-də yekunlaşacaq.