Pressa.az » İdman » Kriştianu Ronaldudan növbəti rekord

Kriştianu Ronaldudan növbəti rekord

13 sentyabr 2024, Cümə, 10:43
Kriştianu Ronaldudan növbəti rekord

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu dünyada ilk şəxsdir ki, sosial şəbəkələrdə izləyiciləri bir milyard olub.

Liderxeber.az-ın verdiyi məlumata görə, bu barədə forvard özünün sosial şəbəkə hesabından xəbər verib.

"Biz tarixə düşdük - bir milyard izləyici! Bu, sadəcə bir rəqəm olmaqdan daha çox məna daşıyır, bu, bizim ümumi ehtirasımızın, əzmimizin və sevgimizin sübutudur. Mən həmişə ailəm və sizin üçün oynamışam. İndi isə biz bir milyardıq və birlikdəyik.

Mənə inandığınız, dəstəyiniz və həyatımın bir hissəsi olduğunuz üçün təşəkkür edirəm. Ən yaxşısı hələ qarşıdadır, biz birlikdə mübarizə aparacaq, qələbə qazanacaq və tarix yazacağıq", - deyə o, paylaşımında yazıb.

Qeyd edək ki, 39 yaşlı Ronaldu beş dəfə "Qızıl top" mükafatının və beş dəfə Çempionlar Liqasının qalibi olub. O, Portuqaliya milli komandası ilə birlikdə Avropa çempionatını (2016) və Millətlər Liqasını (2018/19) qazanıb. Peşəkar karyerası ərzində hücumçu 901 qol vurub.