Azərbaycanın FIFA referisi "Şaxtyor"un oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasında Ukraynanın "Şaxtyor" klubunun oyununa təyinat alıb.
Liderxeber.az-ın məlumatına görə, ədalət təmsilçisi Donetsk təmsilçisinin İsveçrənin "Yanq Boyz" komandasına qarşı keçirəcəyi matçı idarə edəcək.
Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək göstərəcək.
Almaniyanın Helzenkirhen şəhərində keçiriləcək görüşün dördüncü hakimi yerli referi Patrik Şvenqers olacaq.
Qeyd edək ki, noyabrın 6-da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Oxşar Xəbərlər:

07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

01 oktyabr 2024, Çərşənbə axşamı
UEFA Çempionlar Liqası: "Arsenal" PSJ ilə, "Bayer Leverkuzen" isə "Milan"la üz-üzə