Voleybol üzrə ölkə kubokunun qalibi müəyyənləşib
"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təşkil olunan ölkə kubokunda qadınların mübarizəsinə də yekun vurulub.
Liderxeber.az xəbər verir ki, dünən yarışın final oyunu keçirilib.
GİN-in Voleybol Mərkəzində baş tutan finalda "Gəncə" və "Abşeron" klubları qarşılaşıblar. Maraqlı mübarizədə keçən görüşdə Famil Ağayevin yetirmələri quru hesabla qalib gəliblər. Beləliklə, "Abşeron" ölkə kubokunun qızıl, "Gəncə" isə gümüş medalını qazanıb.
Ölkə kuboku
4 noyabr
Final
“Gəncə” - “Abşeron” 0:3 (18:25, 20:25, 16:25)
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM