Pressa.az » İdman » “Sumqayıt” AFFA İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verəcək

“Sumqayıt” AFFA İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verəcək

06 dekabr 2024, Cümə, 17:29
“Sumqayıt” AFFA İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verəcək

“Sumqayıt” AFFA İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verəcək.

Bu barədə Liderxeber.az-a açıqlamasında "gənclik şəhəri" təmsilçisinin mətbuat katibi Zaur Xudiyev klubun gənclərdən ibarət komandasının baş məşqçisi Kənan Hacıyevin AFFA İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalandırılması ilə bağlı danışarkən deyib.

"Suqmayıt" rəsmisi Gənclər Liqasında baş tutan “Sumqayıt” - “Zirə” oyununda mütəxəssisin hakimlərin ünvanına təhqiramiz ifadə işlətmədiyini bildirib:

“Baş məşqçi “Zirə” ilə oyundan sonra hakimlərin otağına daxil olub. Amma qərarda qeyd edildiyinin əksinə, heç bir təhqiramiz ifadə işlətməyib. Sadəcə, oyundakı bəzi epizodlarla bağlı hakimlərə etirazını bildirib. Daha doğrusu, epizodlar zamanı hakimlərdən verdikləri qərarların səbəbini soruşub. Onlar isə nəyəsə görə onun sözlərini təhqiramiz ifadə kimi qəbul ediblər. Klub olaraq bununla razılaşmırıq və apellyasiya şikayəti verəcəyik. Ümid edirik ki, AFFA-nın Apellyasiya Arbitraj Tribunalı daha doğru qərar çıxaracaq”.

Qeyd edək ki, dekabrın 1-də Gənclər Liqasında keçirilən “Sumqayıt” - “Zirə” oyununda meydan sahiblərinin baş məşqçisi Kənan Hacıyev hakimlər otağına daxil olaraq təhqiredici sözlər işlətdiyinə görə 5 oyunluq cəzaya məruz qalıb.