UEFA Avropa Liqası: "Qarabağ" səfərdə "Elfsborq"a məğlub oldu
"Qarabağ" UEFA Avropa Liqasında İsveçin "Elfsborq" klubuna məğlub olub.
Liderxeber.az xəbər verir ki, Liqa mərhələsinin VI turuna təsadüf edən qarşılaşmada təmsilçimiz 1:0 hesabı ilə uduzub.
"Buros Arena"da baş tutan matçda yeganə qol 57-ci dəqiqədə vurulub. Meydan sahiblərinin heyətində Ahmed Kasem fərqlənib.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Avropa Liqasında növbəti oyununu gələn il yanvarın 23-də Rumıniya təmsilçisi FCSB-a qarşı keçirəcək.
"Qarabağ" - "Elfsborq"oyununda hesab açılıb.
Liderxeber.az xəbər verir ki, meydan sahibləri hesabda irəli çıxıblar - 1:0.
57-ci dəqiqədə Ahmed Kasem fərqlənib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
02 fevral 2023, Cümə axşamı
Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər